ARXİV

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat

21.10.2020

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 17964,6 mln. manat təşkil etmişdir ki, bu da proqnoza qarşı 206,5 mln. manat və ya 1,2 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1093,2 mln. manat və ya 6,5 faiz çoxdur.

Samir Şərifov BVF, Dünya Bankı və üzv ölkələrin nümayəndələrini Ermənistanın növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb

16.10.2020

Oktyabrın 15-də Azərbaycan Respublikasının maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə Rəhbəri Samir Şərifov BVF və Dünya Bankının İllik Toplantıları çərçivəsində videokonfrans formatında təşkil olunmuş Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupunun iclasında iştirak edib.

Maliyyə Nazirliyinin əməkdaşları 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

09.10.2020

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatı, Nazirliyin yanında Agentlik və Xidmət əməkdaşları 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər.

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin iclasında təmsil olunub

17.09.2020
News

Sentyabrın 17-də video-konfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) “COVİD-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.

Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısında iştirak edəcək

16.09.2020
News

17-18 sentyabr 2020-ci il tarixlərində video-konfrans formatında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı keçiriləcək.