Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Vakant vəzifələrin tutulması üçün keçirilmiş müsabiqə və müsahibələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nazirlik sistemində vakant olan inzibati vəzifələrin müsabiqə və müsahibə yolu ilə tutulması üçün mütəmadi olaraq həmin vəzifələr barədə məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqə və müsahibələrdə müvəffəqiyyət qazanan şəxslər Maliyyə Nazirliyinə təqdim olunur və Nazirliyin müvafiq əmrləri ilə onların uyğun vəzifələrə təyinatı rəsmiləşdirilir.
    Hal-hazırda Maliyyə Nazirliyi sistemində müsabiqə və müsahibədə uğur qazanmış 45 nəfər çalışır. Onlardan 19-u Nazirliyin aparatında, 20-si Nazirliyin dövlət agentliyi və xidmətlərində, 6-sı isə yerli maliyyə orqanlarında çalışır.