Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Ehtiyat kadr siyahısından cəlb edilmiş kadrlar

Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində vakant olan inzibati vəzifələrin tutulması üçün mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mövcud olan ehtiyat kadr siyahısındakı şəxsləri cəlb edir. Belə ki, keçirilmiş müsabiqə və müsahibələrdə uğur qazanmış, lakin müvafiq vəzifəyə təyin olunmamış şəxslər həmin Ehtiyat kadr siyahısına daxil edilirlər. Hal-hazırda Maliyyə Nazirliyi sistemində həmin ehtiyat kadr siyahısından cəlb edilmiş  6 nəfər şəxs çalışır. Onlardan 5-i Nazirliyin aparatında, 1-i isə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində işləyir.