Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

01 oktyabr 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat

01 oktyabr 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat

25.11.2016

 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.
Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilmişdir.