Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

20.02.2018

20 fevral 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104002685 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
AZ0104002685 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 165.2 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 35.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92.6980(gəlirlilik 8.0001%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 19 fevral 2019-cu ildir.