• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə naziri Samir Şərifov Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda işgüzar səfərdə olub

Maliyyə naziri Samir Şərifov Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda işgüzar səfərdə olub

23.02.2018

 Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub.
Fevralın 19-da maliyyə naziri Samir Şərifov Pakistan prezidenti Məmnun Hüseyn ilə görüşüb. Pakistan prezidenti bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət üçün böyük potensial mövcuddur və hər iki ölkə bu imkanlardan yararlanmaq üçün birgə işləməlidirlər. O vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün mütəmadi olaraq biznes və işgüzar görüşlər keçirilməli, bu məqsədlə Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratmalıdır.
M.Hüseyn bildirib ki, hər iki ölkə əsas qlobal və regional məsələlərdə ümumi mövqeyə malikdirlər və bir-birilərini beynəlxalq forumlarda dəstəkləyirlər: "Bu da iki ölkə arasında sıx və qardaşlıq münasibətlərinin təcəssümüdür".
Samir Şərifov isə bildirib ki, Azərbaycan gələcəkdə də Pakistanla bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Elə həmin gün Samir Şərifov Pakistanın Baş naziri Şahid Hakkan Abbasi və bu ölkənin maliyyə naziri Miftah İsmayıl ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıb.
Fevralın 20-də isə maliyyə naziri Samir Şərifov Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Dubay Əmirinin müavini və BƏƏ-nin maliyyə naziri Şeyx Həmdan bin Rəşid əl-Maktum ilə maliyyə məsələləri də daxil olmaqla birgə investisiyalar sahəsində iki dost ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətlərini müzakirə edib.
Fevralın 21-də Samir Şərifov Nyu-Dehlidə Hindistanın maliyyə naziri Arun Jaitley ilə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin, xüsusilə də ticarət və investisiya, ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsi sahələrinin genişləndirilməsi yollarını müzakirə edib. Tərəflər həmçinin, üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, ikitərəfli investisiya sazişi və ikiqat vergi tutmanın aradan qaldırılması sazişi ilə bağlı da fikir mübadiləsi aparıblar.