Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə naziri Samir Şərifov əfqanıstanlı həmkarı Eklil Əhməd Hakim ilə görüşüb

Maliyyə naziri Samir Şərifov əfqanıstanlı həmkarı Eklil Əhməd Hakim ilə görüşüb

15.03.2018

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov martın 15-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Eklil Əhməd Hakim ilə görüşüb.

Görüşdə Azərbaycanla Əfqanıstan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə apardığı müzakirələr, xüsusiylə ikitərəfli iqtisadi və maliyyə fəaliyyəti sahəsində dövlət başçıları tərəfindən verilmiş müvafiq göstərişlərin icra vəziyyəti nəzərdən keçirilib, o cümlədən Azərbaycan Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təcrübələrin Əfqanıstanda da tətbiqi və bu çərçivədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.