• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib

Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib

08.05.2018

 08 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş ulu öndərin adı ilə əlaqədardır. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yeni inkişaf dövrünü yaşadığını qeyd edən tədbir iştirakçıları son illərdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə daha böyük uğurlar qazanacağına zəmin yaratdığını vurğulayıblar.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarixçi professor Həvva Məmmədova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş çıxış edib.

Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Maliyyə Nazirliyində təsdiqlənən Tədbirlər Planına uyğun olaraq nazirliyin struktur bölmələri və tabeli təşkilatlarında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlər, o cümlədən şahmat turniri, məqalə müsabiqəsi keçirilib, habelə nazirliyin Maliyyə Elm-Tədris Mərkəzində Heydər Əliyev dərsləri təşkil olunub.