Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

“Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məhsuliyyətli Cəmiyyəti

“Maliyyə və uçot” jurnalı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21.10.1992-ci il K-178 nömrəli əmri ilə müvafiq orqanlarda qeydiyyatdan keçdikdən sonra 1993-cü ildən 2010-cu ilin sentyabr ayınadək fəaliyyət göstərmiş, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2010-cu il tarixli, 55 nömrəli qərarının və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının strukturunda dəyişikliklərin aparılması haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 12 aprel 2010-cu il tarixli İ-55 nömrəli əmrinin icrasından irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 21 aprel tarixli 025 nömrəli sərəncamının 1-ci bəndinə əlavəyə uyğun olaraq  Azərbaycan Respublikası Əmlak məcələləri Dövlət Komitəsinin 02 avqust 2010-cu il 236 №-li sərəncamına, Statistika komitəsinin 0022370 şəhadətnaməsinə və vergilər nazirliyinin 07.09.2010-cu il tarixli 1001020027039700 saylı Dövlət reystrinə əsasən, redaksiya “Maliyyə və uçot jurnalı” məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyata alınaraq fəaliyyətini davam etdirir.
    “Maliyyə və uçot jurnalı redaksiyası” məhdud məhsuliyyətli cəmiyyət yarandığı dövrdən ayda 1, ildə 12 nömrə çıxmaqla iqtisadiyyatın aktual problemlərini – Maliyyə, kredit və pul tədavülü məsələlərini; Mühasibat uçotu, audit və iqtisadi təhlil problemlərini; İqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərini; İqtisadiyyat və sığorta problemlərini; Rəsmi materialları; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və uçota dair təsdiq və tövsiyyə etdiyi normativ sənədləri və iqtisadiyyatın tələb etdiyi digər zəruri problemləri öz səhfələrində dərc edir.