Maliyyə Nazirliyində işə (dövlət qulluğuna) qəbul

Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı Azərbaycan Rspublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli  86 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Test imtahanında inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq müəyyən olunmuş balı toplamış şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Adıçəkilən Qanuna uyğun olaraq müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Maliyyə Nazirliyi vakant vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi üçün elan verir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə sertifikat almış şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etməyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində müraciət edir.  Müsahibə sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində Maliyyə Nazirliyinin müəyyən etdiyi yerdə və vaxtda keçirilir.

Müsahibənin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir. Müsahibədə 16 bal toplamış namizəd müsahibədən keçmiş hesab edilir.

Müsabiqənin test və müsahibə mərhələlərində müvafiq inzibati vəzifələr üçün keçid balları aşağıdakı cədvəldə göstərilmişdir.

 

İnzibati təsnifatın növü

Vəzifənin altqrupu

 

Vəzifənin adı

Test imtahanında keçid balı

Müsahibədə keçid balı

3-cü

AA3

Aparat rəhbəri

75

16

3-cü

AA4

Aparat rəhbərinin müavini

70

16

4-cü

AB1

Nazirliyin aparatında şöbə müdiri

85

16

4-cü

AB2

Nazirliyin aparatında şöbə müdirinin müavini

80

16

4-cü

AB2

Nazirin köməkçisi

80

16

4-cü

AB2

Nazirin müşaviri

80

16

5-ci

AB3

Nazirliyin aparatında sektor müdiri

75

16

5-ci

BA3

Nazirliyin aparatında baş məsləhətçi

75

16

5-ci

BA3

Nazirliyin aparatında böyük məsləhətçi

75

16

5-ci

BA4

Nazirliyin aparatında aparıcı məsləhətçi

70

16

5-ci

BA4

Nazirliyin aparatında  məsləhətçi

70

16

5-ci

AC1

Nazirliyin yerli bölməsinin rəhbəri (rəisi)

80

16

6-cı

AC3

Nazirliyin yerli bölməsinin rəhbərinin (rəisinin) müavini

70

16

7-ci

AC4

Nazirliyin yerli bölməsində sektor müdiri

65

16

7-ci

BB3

Nazirliyin yerli bölməsində baş məsləhətçi

70

16

7-ci

BB3

Nazirliyin yerli bölməsində böyük məsləhətçi

70

16

7-ci

BB4

Nazirliyin yerli bölməsində aparıcı məsləhətçi

65

16

7-ci

BB4

Nazirliyin yerli bölməsində məsləhətçi

65

16